Məktəbn şagirdləri danışdı: Həmin yerdə çox vaxt davalar olur

14.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bir qrup məktəblinin əlbir olaraq digər şagirdə qarşı zorakılıq etməsi barədə xəbər vermişdik.

BAKU.WS-in məlumatına görə, şagirdə qarşı zorakılığın baş verdiyi ərazidə tez-tez belə hallar baş verirmiş. 

Bunu "Xəzər Xəbər"ə açıqlamasında məktıblilər bildiriblər. Onların sözlərinə görə, həmin ərazidə siqaret çəkməyə, dava etməyə gedənlər çox olur. 

Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью