Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə “Shot” "Telegram" kanalı məlumat yayıb.
Ailə əvvəlcə Fransanın Kurşavel kurortuna gedib. Onlar xizək yollarına birbaşa çıxışı və Alp dağlarına panoramik mənzərəsi olan beşulduzlu “Rosewood Courchevel” hotelində 9 gün qalıblar. Bu istirahət üçün təxminən 6 milyon rubl (122 min manat) ödənilib.
Dörd həftə sonra Meladze ailəsi Avstriyanın paytaxtı Vyanaya yollanıb. Burada da “Rosewood” şəbəkəsinə məxsus hoteli seçiblər. Tarixi XIX əsr binasında yerləşən hoteldə spa mərkəzi və damda restoran fəaliyyət göstərir. Vyana səfərinə isə 2 milyon rubl (40,6 min manat) xərclənib.
Beləliklə, iki Avropa səfərinin ümumi dəyəri təxminən 8 milyon rubla (162 min manat) çatıb.(publika)