Melania Trampın seçkidəki geyimi gündəm oldu FOTO

06.11.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın həyat yoldaşı Melanianın ABŞ-da prezident seçkiləri zamanı geyindiyi libas jurnalistlərin diqqətini çəkib.

Publika.az xəbər verir ki, bu barədə “Page Six” nəşri yazıb.

54 yaşlı eks-model Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində “Dior”dan dəbdəbəli brendi geyinərək görünüb.

O, qara nöqtəli libasda və ona uyğun hündürdaban ayaqqabıda olub.

Melani həmçinin geniş günəş eynəyi taxıb və saçlarını dalğalı şəkildə darayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью