Melaniya bu işlərinə görə tarixə düşəcək Tramp

17.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı gördüyü işlərə görə tarixə düşəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, sonda onun tarixə möhtəşəm birinci xanımlardan biri kimi düşəcəyini görəcəksiniz. Onun Rusiya və Ukrayna ilə nələr etdiyini görəndə... O, inanılmaz dərəcədə çox çalışır”, - o bildirib.

Qeyd edək ki, Melaniya Tramp Rusiya tərəfindən oğurlanan ukraynalı uşaqların geri qaytarılması və müharibə nəticəsində ayrılmış ailələrin yenidən birləşdirilməsi üçün çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью