Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putindən Ukrayna uşaqlarının geri qaytarılması və müharibə nəticəsində ayrılmış ailələrin yenidən birləşdirilməsi prosesini müzakirə edən məktub aldığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Bu, onun ötən il Putini Ukraynada doğulan uşaqların "məsumluğunu" qorumağa və onların ailələrinə qayıtmasını asanlaşdırmağa çağırdığı müraciətinə cavabdır.
ABŞ prezidentinin xanımı bildirib ki, ötən il Putindən onun xahişinə birbaşa cavab alıb və nümayəndələri hazırda Rusiya tərəfi ilə əlaqə saxlayırlar.
"O, mənə cavab məktubu yazdı. Nümayəndəm onlarla [Rusiya tərəfi - red.] əlaqə saxlayır və biz hələ də daha çox uşağın yenidən ailələrinə qovuşması üzərində işləyirik", - deyə birinci xanım qeyd edib.
Melaniya Tramp məktubun mətnini dərc etməsə də və ya konkret razılaşmalar açıqlamasa da, bu danışıqların nəticələri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.
"Ümid edirəm ki, tezliklə yenidən böyük uğurlar qazanacağıq. Bütün bu uşaqların və valideynlərin xoşbəxt olduğunu görmək çox xoşdur", - deyə birinci xanım qeyd edib.