Melaniya Tramp Ağ Evdə Sülh şansı nı nümayiş etdirdi

23.11.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə baş tutan görüş zamanı barışıq ehtimalını nümayiş etdirmək məqsədilə Rusiya və Ukrayna nümayəndələrini bilərəkdən yan-yana əyləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Tədbirdə Xerson vilayətində qismən atəşkəs üzrə danışıqlarda iştirak edən rəsmi şəxslər yer alıblar. Melaniya Trampın nümayəndəsi Mark Bekman bu addımı qeyri-adi adlandıraraq, birinci xanımın sülhün əldə olunma ehtimalını göstərmək niyyətində olduğunu vurğulayıb.

Sözügedən görüş üçün birinci xanım, həmçinin Ağ Evin arxivindən barışıq və möhkəm ittifaqı rəmzləşdirən tarixi əşyalar seçib. Melaniya Tramp bu tədbiri tarixi an adlandırıb və Aleşkidəki atəşkəsin uzunmüddətli sülhə doğru bir addım olacağına ümid etdiyini bildirib.

Prezident Donald Tramp həyat yoldaşının bu səylərini müsbət qiymətləndirib.

Rusiyanı tədbirdə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev və insan hüquqları üzrə müvəkkil Yana Lantratova təmsil ediblər. Birinci xanım Dmitriyev vasitəsilə Vladimir Putinə, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya vasitəsilə isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub çatdırıb.

Kreml görüşün keçirilməsini müsbət dəyərləndirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью