Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
ABŞ-nin nüfuzlu qəzetlərindən olan "Wall Street Journal" ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın "Amazon" ilə bağladığı müqavilə çərçivəsində milyonlarla dollar qazandığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, "Wall Street Journal"ın sənədlərə istinadən verdiyi məlumata görə, "Amazon" birinci xanımın sənədli filmə çəkilməsi üçün 40 milyon dollar ödəməyə razılaşıb.
Bu, "Amazon"un indiyədək sənədli filmə xərclədiyi ən çox pul və növbəti ən yaxın təklifin təxminən üç qatıdır.
Melaniya Trampın 40 milyon dollarlıq müqavilə çərçivəsində ən azı 28 milyon dollar alacağı, sənədli film üçün sponsorluqdan da gəlir əldə edəcəyi bildirilib.