Melaniya Tramp ərindən ictimaiyyət qarşısında rəqs etməməyi xahiş edir

01.11.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampdan ictimaiyyət qarşısında rəqs etməməyi xahiş edir.

Sherg.az xəbər verir ki, Tramp oktyabrın 31-də Floridada keçirilən mitinqdə həyat yoldaşının bu davranışı prezidentə yaraşdırmadığını bildirib.

“Əzizim, xahiş edirəm, bir daha rəqs etmə. Axı sən prezident­sən”, – deyə Tramp Melaniyanın sözlərini sitat gətirib.

Qeyd edək ki, Tramp bundan əvvəl Mayamidə keçirilən biznes forumunda, eləcə də 2025-ci ildə Yaponiyaya səfəri zamanı təyyarədaşıyan gəminin göyərtəsində rəqs hərəkətləri ilə diqqət çəkmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью