Melaniya Tramp: Əşyalarımı yığdım, Ağ evə dönməyə hazıram

14.01.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

"Mən artıq hazıram. Mebelləri də seçmişəm. Ağ evə ikinci dəfə girişimiz çox fərqli olacaq".

Turkustan.az xəbər verir ki, dörd illik fasilədən sonra yanvarın 20-də Ağ Evə qayıdacaq Melaniya Tramp “Fox News” telekanalına müsahibəsində hazır olduğunu bildirib.

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasiminə və Ağ Evə qayıtmasına bir həftə qalmış həyat yoldaşı, birinci xanım Melaniya Tramp Ağ Evə qayıtmağa hazır olduğunu deyib. Əşyalarını yığdığını deyən Melaniya Tramp otaqları bildiyi üçün bu dəfə köçməyin daha asan olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью