Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Melaniya Tramp şəxsi foto kolleksiyasına daxil olan rəqəmsal şəkilləri satışa çıxardığını açıqlayıb. Birinci xanımın kolleksiyasındakı hər bir fotoşəkil 150 dollara satılacaq.
Turkustan.az xəbər verir ki, Melaniya Trampın eksklüziv foto seriyası alman fotoqraf və keçmiş model Elle fon Unvert tərəfindən çəkilib. Birinci xanım kolleksiyanın satışa çıxarılması barədə həftəsonu sosial şəbəkə hesabında məlumat verib.
"The Independent" qəzetinin məlumatına görə, fotolar rəqəmsal formatdadır və onların fiziki nüsxələri mövcud deyil. Melaniya bu şəkilləri "vizual portretlər" adlandırıb.
Foto kolleksiyası Amazon MGM-də təqdim olunacaq "Melania, The Series" adlı iki hissəli sənədli film layihəsi çərçivəsində əməkdaşlıq əsasında yayımlanıb.
Aytən Yaşar/Turkustan.az