Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“Prime Video” yayım xidməti ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında iki hissəli filmin rəsmi treylerini yayımlayıb.
Yeniavaz.com xəbər verir ki, treyler video xidmətin saytında dərc edilib.
“Prime Video”nun bildirdiyinı görə, iki hissəli film “Melania, Serial” (MELANIA, The Series) adlanır.
Filmdə ABŞ-nin birinci xanımının həyat yoldaşının andiçmə mərasimindən bəri həyatı haqqında əvvəllər məlum olmayan məlumatları açıqlayacaq.
Birinci hissə “Ailə və Etibar” (Family & Trust), ikincisi isə “Qürur və Şərəf” (Pride & Honor) adlanacaq.
Filmin “Prime Video”dakı premyerası noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, Melaniya Trampın adı son günlər mediada Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsindəki xidmətləri ilə hallanır.