Melaniya Tramp kimdir? Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında məlum olanlar

06.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp qeyri-müəyyən nəticələrə görə yenidən ABŞ prezidenti oldu. Trampı çıxışında həyat yoldaşı Melaniya Tramp müşayiət edib. Trampın qələbəsi ilə Melaniya Tramp yenidən birinci xanım olacaq. Bəs, ABŞ-ın birinci xanım namizədi Melaniya Tramp kimdir? 

Gununsesi.info Melaniya Tramp haqqında məlumatları təqdim edir:

Keçmiş amerikalı model, qiymətli zinət əşyaları və saat dizayneri, ABŞ-ın 45-ci prezidenti Donald J. Trampın həyat yoldaşı Melaniya Tramp 1970-ci il aprelin 26-da Sloveniyanın Novo Mesto şəhərində anadan olub.

Uşaqlıq illərində atası Sevnitsa şəhərində maşın satıb, anası isə toxuculuq sənayesində çalışıb.

O, 22 yanvar 2005-ci ildə Donald Trampla evləndi və bir il sonra ilk və yeganə oğlu Barronu dünyaya gətirdi.

2006-cı ildə Amerika vətəndaşı olub.

Əri Donald Tramp 2016-cı il seçkilərində prezident seçildikdən sonra birinci xanım olub.

Melaniya Tramp ABŞ-ın 6-cı birinci xanımı Luiza Adamsdan sonra Amerikanın ikinci mühacir birinci xanımı oldu.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью