Melaniya Tramp Minneapolisdə etiraz aksiyaları fonunda xalqa müraciət edib

27.01.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 27 yanvar, AZƏRTAC

ABŞ-ın birinci xanım Melaniya Tramp Minneapolisdə etiraz aksiyaları fonunda xalqa müraciət edib.

AZƏRTAC-ın məlumatına görə, o, xalqı birliyə çağırıb.

"Biz birləşməliyik. Mən birliyə çağırıram. Bilirəm ki, Prezident dünən qubernator və merlə mühüm görüş keçirib və onlar sülhü bərqərar etmək, iğtişaşların qarşısını almaq üçün birlikdə çalışırlar. Mən zorakılığa qarşıyam. Buna görə də, xahiş edirəm, etiraz edirsinizsə, sülh şəraitində etiraz edin, biz indiki dövrdə birləşməliyik”, - deyə Melaniya Tramp “Fox News”a müsahibəsində deyib.

Qeyd edək ki, şəhərdəki hadisələr fonunda sərhəd məsələləri üzrə koordinator Tom Homan Minneapolisə göndərilib və Sərhəd Patrul Komandiri Qreq Bovinon şəhəri tərk edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью