Melaniya Tramp noyabrın 5 də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək

03.11.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq.

Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ın birinci xanımı üçün misli görünməmiş diplomatik nailiyyət olduğu vurğulanıb.

Əlavə edilib ki, Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.

Bəyanat noyabrın 5-də Ağ Evdə səsləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью