Melaniya Tramp: “Rusiya Prezidenti ilə birbaşa ünsiyyət kanalına malikəm“

10.10.2025

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin onun məktubuna cavab verdiyini iddia edib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xanım Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə birbaşa ünsiyyət kanalına malikdir:

"Prezident Putinin avqustda məktubumu almasından bəri çox şey baş verib. O, yazılı şəkildə cavab verdi, mənimlə birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirdi. Rusiyadakı ukraynalı uşaqlarla bağlı təfərrüatları təqdim etdi. Və o vaxtdan bəri Prezident Putinlə aramızda ünsiyyət kanalı var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью