Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni sülh razılaşmasının əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.
APA xəbər verir ki, bunu ABŞ-ın birinci xanımı Melaniya Tramp jurnalistlərə bildirib.
Ağ Evə Milad ağacının gətirilməsi mərasimində jurnalistlər ona Ukrayna ilə bağlı mümkün yeni razılaşma barədə sual ünvanlayıblar.
“Biz bunun üzərində işləyirik”, – deyə Melaniya Tramp cavab verib.
Qeyd edək ki, noyabrın 20-də “Fox News” telekanalına müsahibəsində Melaniya Tramp Rusiya ilə Ukrayna arasında dekabrın 25-dək yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirmişdi.
O, həmçinin Xerson vilayətinin Alyoşki yaşayış məntəqəsində həyata keçirilən humanitar əməliyyatı böyük uğur adlandırmışdı.