Melaniya Tramp Zelenskinin həyat yoldaşı ilə görüşməkdən imtina edib

24.09.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu Yorkda Vladimir Zelenskinin həyat yoldaşının xahişinə baxmayaraq, onunla ikitərəfli görüş keçirməmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Melaniyanın baş məsləhətçisi Mark Bekmana istinadən "New York Post" qəzeti yazıb.

“Xanım Zelenskaya bir neçə dəfə Melaniyadan görüş istəyib, lakin ikitərəfli görüş olmayacaq. Rəsmi heç bir şey olmayacaq", - deyə Bekman bildirib. "Bizim birinci xanımımız çox nəzakətli olduğuna görə salam verəcək. Ancaq tam bir söhbət olmayacaq; görüş nəzərdə tutulmayıb", - deyə o əlavə edib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Ümumi Siyasət Debatı (Yüksək Səviyyə Həftəsi) 150-yə yaxın dövlət və hökumət başçısının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə başlayıb. ABŞ prezidenti Donald Tramp görüşə xanımı Melaniyanın müşayiəti ilə gəlib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью