Melatonin gözəllik və cavanlıq hormonu | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Melatonin hormonu beyində yerləşən epifiz vəzi (onu həmçinin "üçüncü göz" adlandırırlar) tərəfindən ifraz olunur.
Bu hormonun qanda olan səviyyəsi xüsusilə gecə saatlarında qalxır.
Melatonin yuxu hormonudur - bizə yuxuya getməyə və yaxşı yatmağa kömək edir. Lakin bu melatoninin orqanizmdə olan əsas vəzifəsi deyil.
Melatonin gecə ərzində orqanizmi bərpa edir, cavanlaşdırır, sağaldır. Melatonin hormonu həmçinin bizi streslərdən qoruyur.
Həkimlər uzun müddət ərzində gecə saatlarında işləyən insanların (tibb bacıları, dispetçirlər, mühafizəçilər və s.) sağlamlığı ilə bağlı araşdırmalar aparırdılar.
Bu araşdırmalar nəticəsində məlum oldu ki, gecə növbələrində işləyən insanlarda ürək-damar sistemi xəstəliklərin, piylənmənin, şəkərli diabetin riski artmış olur.
Uzun illər ərzində gecə növbələrində işləyən qadınlarda süd vəzi xərçənginin inkişafı riski xeyli artır.
Tam oxu
Xəbəri oxu