Melay bu dəfə doğum günündə Bambaşka biri oldu

27.11.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gənc ifaçı Melay doğum günü ərəfəsində yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni noyabrın 27-də “Bambaşka biri” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Mahnının həm sözləri, həm də musiqisi Melayın özünə məxsusdur. Beləliklə, “Bambaşka biri” Melayın duyğularını, düşüncələrini və musiqi dünyasını öz imzası ilə ifadə etdiyi yeni layihədir.

Yeni mahnı kliplə birlikdə təqdim olunub. Ekran işi iki fərqli məkanda - studiyada və İsmayıllıda lentə alınıb. Çəkiliş 2 gün davam edib. Onu da qeyd edək ki, mahnı türk dilində dinləyicilərin ixtiyarına verilib.

Melay üçün bu təqdimatın özəl tərəfi isə mahnının məhz doğum günündə işıq üzü görməsidir. O, yeni yaşına yeni musiqi ilə qədəm qoyur və dinləyicilərinə ən gözəl hədiyyəsini "Bambaşka biri"ni təqdim edib. 

Klipi artıq yutub platformasında izləmək, mahnını isə rəqəmsal musiqi platformalarında dinləmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью