Mələk İsmayıl almaniyalı şahmatçını məğlub etdi

09.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında beynəlxalq şahmat turniri davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mələk İsmayıl yeddinci turda ikinci qələbəsini qazanıb.

O, yerli şahmatçı Liza Şikmana qalib gəlib. Bu, Mələk İsmayıla xalını 3-ə çatdıraraq 18-ci yerdə qərarlaşmaq imkanı verib.

Yarışın reytinqi favoriti Deimante Daulite-Kornett (Fransa) 6,5 xalla liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью