Mələk İsmayıl almaniyalı şahmatçıya məğlub olub

07.03.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında şahmat turniri keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mələk İsmayıl üç turdan sonra hesabına 1 xal yazdıra bilib.

Yarışa iki heç-heçə ilə başlayan təmsilçimiz sonra yerli şahmatçı Mişel Trunza uduzub. Hazırda Mələk 27 iştirakçı arasında 18-cidir.

4-cü tur ərəfəsində Mariya Manko (İsveçrə) yüz faizlik nəticə ilə liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью