Mələkxanımın qızından həyat yoldaşına sevgi etirafı

25.09.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova həyat yoldaşı, müğənni Mərdan Kazımova romantik paylaşımı ilə diqqət çəkib.

Hurriyet.media  xəbər verir ki, Nəzrin həyat yoldaşı ilə Formula 1 yarışlarının keçirildiyi məkandan çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayıb.

O, paylaşımında Mərdan Kazımova olan sevgisini ifadə edərək yazıb:

“Artıq 4-cü ildir ki, Formula onun üçün səhnəyə çevrilir. Hər dəfə eyni həyəcanla izləyirəm, amma qürurum hər dəfə daha da böyük olur. Səninlə fəxr edirəm, sevgilim.”

Cütlüyün səmimi görüntüsü və Nazrinin həyat yoldaşına ünvanladığı bu sözlər izləyicilərin də diqqətini çəkib.

Könül

Musavat.com 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью