Məleykə Abbaszadə: Bu il qəbul imtahanları Qarabağ Universitetində baş tutacaq

23.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Bu il ilk dəfə qəbul imtahanını Qarabağda keçirəcəyik."

Bakıvaxtı.azxəbər verir ki, bu sözləri ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, 2023-cü ildən etibarən bölgədə buraxılış imtahanları təşkil olunub və artıq bu ildən etibarən qəbul imtahanları da Qarabağ Universitetində keçiriləcək.

"Həmin imtahanda Qarabağda yaşayan soydaşlarımızın övladları məhz orada – Qarabağda imtahan verəcəklər", – deyə Məleykə Abbaszadə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью