Məleykə Abbaszadə Nərmin Heydərli ilə bağlı əmr imzalamayıb RƏSMİ AÇIQLAMA

21.11.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Dövlət Universitetində (BDU) rektorun köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Turkustan.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, rektor vəzifəsinin icrasına başladıqdan sonra heç bir əməkdaşın işdən azad olunması və ya hər hansı vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalamayıb.

Beləliklə, BDU-da Nərmin Heydərlinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat universitetin rəsmi açıqlaması ilə təkzib olunur.

Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi BDU ilə bağlı məlumatların dəqiqləşdirilmədən yayılmamasını və rəsmi xəbərlərə istinad olunmasını xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью