Məleykə Abbaszadə: “O nəticələri görəndə şoka düşmüşdüm”

11.09.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İbtidai siniflərdə formalaşan zəifliyin nəticələrini IX sinif buraxılış imtahanında görürük”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, IX siniflərin buraxılış imtahanında yazıb-oxumağı bilməyən şagirdlərə rast gəlinir.
“2021-ci ildə ilk dəfə IX siniflər üçün buraxılış imtahanı tətbiq edəndə mən o nəticələri görəndə şoka düşmüşdüm. Mən onda kənd məktəblərinə gedib imtahanları müşahidə edirdim. IX sinifdə sağlam uşaq yazmağı, oxumağı bilmirdi. İndi də belə nəticələr müşahidə olunur”, – deyə Məleykə Abbaszadə bildirib.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью