Məleykə Abbaszadə süni intellektlə bağlı çağırış etdi

18.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Xankəndidə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşünün keçirildiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, M.Abbaszadənin sözlərinə görə, görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının aidiyyəti dövlət qurumlarının, dövlət qulluğu üzrə akademiyalarının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas mövzusu “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” olub. Dördpendirli pizza

DİM sədri qeyd edib ki, müasir dövrdə dövlət qulluqçusunun yalnız öz fəaliyyət sahəsini və qanunvericiliyi bilməsi kifayət deyil. Onun sözlərinə görə, rəqəmsal savadlılıq, məlumatların təhlili, etibarlı informasiyanın dezinformasiyadan ayrılması, süni intellekt alətlərindən məsuliyyətli istifadə və dəyişən şəraitdə çevik qərarvermə dövlət idarəçiliyində mühüm bacarıqlara çevrilib.

Abbaszadə bildirib ki, rəqəmsal transformasiya ilk növbədə insan kapitalının transformasiyasını tələb edir. O, Türk dövlətləri arasında insan kapitalı, dövlət qulluğu və kadr idarəçiliyi sahəsində əməkdaşlığın daha institusional və praktik müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Xankəndidə keçirilən görüş Türk dünyasında insan kapitalının inkişafı və dövlət qulluğu sahəsində uzunmüddətli əməkdaşlığın daha da gücləndirilməsinə imkan yaradır. 

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью