Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mətbuatda belə versiyalar, ehtimallar çox səsləndir. Yaxud kimin kimdənsə xoşu gəlməyəndə, onu gündəmə gətirir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
Keçmiş deputat mətbuatda Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin bu il vəzifəsindən ayrılacağı və onun yerinə ADNSU-nun rektoru Rüfət Əzizovun təyin olunacağı ilə bağlı məlumatlara reaksiya verib. Sezar pizza
O, Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinə rəhbərlik dövrünü olduqca müsbət səciyyələndirib:
“Məleykə Abbaszadə artıq 30 ildir ki, Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir. Bu müddət ərzində, DİM çox rasional, obyektiv və biliklərin dəqiq qiymətləndirilməsində öz sözünü demiş bir qurum kimi qəbul edilib. Şübhəsiz ki, bu imicin yaranmasına Məleykə Abbaszadənin danılmaz əməyi var.
Biz bəzən yaş məsələsini gündəmə gətiririk. Qərb ölkələrində alimlər və tanınmış idarəçilərlə bağlı yaş həddi qoyulmur. Dünyanın aparıcı universitetlərinin bir çoxunda yaşı xeyli çox olan bir çox professorlar var ki, cavanlardan belə daha aktiv işləyir. Burada yaş məsələsi yox, təcrübə və dürüst çalışmaq nəzərə alınır.
Digər tərəfdən, hansısa gənc kadra yüksək etimad göstərilirsə, bu çox yaxşı haldır. Adını qeyd etdiyiniz Rüfət Əzizov gənc yaşda olmasıına baxmayaraq, Təhsil İnstitutuna, Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib və indi də Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektorudur. Açığı onun hansı islahatlar aparmasını qiymətləndirmək fikrim yoxdur. Ancaq mən hesab edirəm ki, Məleykə xanımın fəaliyyəti onun əvəzlənməsinə əsas vermir. Əgər yaş nəzərə alınırsa, AMEA-da 80-90 yaşlı alimlər çalışırlar. Mən düşünürəm ki, öz üzərində işləyən, fəaliyyəti hələ də yüksək səviyyədə davam edən yaşlılara toxunmaq olmaz”.
Ekspert Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin fəaliyyətlərini müqayisə edib:
“Hansısa dövlət qurumunda əgər oturuşmuş sistem formalaşıbsa, yeni gələn şəxs bunu sıradan çıxarmamalıdır. Əsas məsələ budur. Məsələn, sabiq Təhsil nazirləri Mikayıl Cabbarov və Ceyhun Bayramov islahatçı nazirlər kimi yadda qalıb. Ehtimal edilirdi ki, Emin Əmrullayev də onlar kimi olacaq. Lakin biz bunun şahidi olmadıq. Biz burada dostbazlıq, qohumbazlıq, ayrı-seçkiliyin şahidi olduq. Söhbət ondan gedir ki, bir şəxs işlədiyi dövrdə islahatlar apara və sistemi rasional təşkil edə bilibsə, onu əvəz edən şəxs də bunu inkişaf etdirməlidir”.