Məleykə Abbaszadə yeni dərsliklərdən razıdır?

08.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm. 

Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. DİM sədrinin sözlərinə görə, bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir “Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. 

Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib. 

Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib. 

Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar da DİM-in saytında yerləşdiriləcək. Şagirdlərimizin və valideynlərin xüsusilə diqqətinə çatdırmaq istəyirəm ki, proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına daxil edilməyib”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью