Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"IV ixtisas qrupuna gələn abituriyentlərin əksəriyyəti yalnız tibb ixtisaslarını seçmək niyyətində olurlar".
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
"Biz istəyirik ki, bu qrupa yalnız tibb deyil, eyni zamanda ekologiya, baytarlıq və qida texnologiyaları sahələri ilə maraqlanan şəxslər də yönəlsinlər",- deyə o, qeyd edib.