Məleykə Abbaszadədən tənqidə cavab: “30 ildir yazdığımızı heç kim oxumur

14.07.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil". 

“Cebheinfo.az" xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, işlər çox ciddi şəkildə həyata keçirilir: 

“Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq. Prosesə hətta mənim belə müdaxiləm qeyri-mümkündür”. DİM sədri bildirib ki, mediada qurumun işini müzakirə edənlər sanki paralel həyatda yaşayırlar:

“Mənə elə gəlir ki, bizim 30 ildir yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var". 

Nigar 
"Cebheinfo.az"

 

Açar sözlər: Məleykə Abbaszadə tənqid DİM

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью