Məleykə Abbaszadənin təyinatı BDU da yeni nəfəsə səbəb ola bilər AÇIQLAMA

19.11.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bildiyimiz kimi, bu gün Prezidentin müvafiq sərəncamına əsasən, Məleykə Abbaszadə Bakı Dövlət Universitetinə rektor təyin olunub. Düşünürəm ki, burada əsas səbəblərdən biri Bakı Dövlət Universitetinin reytinq göstəricilərinin son dövrlərdə geridə qalmasıdır. Dövlət proqramına əsasən, 2028-ci ilə qədər üç dövlət ali təhsil müəssisəsinin dünya reytinqində ilk 800-lüyə daxil olması nəzərdə tutulurdu. Lakin bu göstəricilərə nail olmaq mümkün olmayıb".

Bunu Redaktor.az-a açıqlamasında “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi.

Ekspert qeyd etdi ki, bu dəyişiklik bir sıra məsələlərin həllinə imkan yarada bilər:

"Hesab edirəm ki, bu dəyişikliklə həm həmin məsələlərin həllinə nail olmaq, həm də kadrların yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi və yeni akademik heyətin formalaşdırılması mümkün olacaq. Eyni zamanda, bu təyinat flaqman universitetdə yeni hərəkətliliyə, belə desək, yeni nəfəsə səbəb ola bilər".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью