Məleykə ailəsi ilə bağlı üzücü xəbəri bölüşdü | Icma.az
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Xalq artisti Məleykə Əsədova ailəsi ilə bağlı üzücü xəbəri bölüşüb.
Bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.
Aktrisa bildirib ki, hazırda bacısı qızı xərçəng xəstəliyi ilə mübarizə aparır: “İncə, zərif xanımam. Bütün ailənin yükü üzərimdədir.
Bu ilimiz bitir. Bu ilə də şükür olsun. Bu il mənim üçüm çətin keçdi. İl başlayan anda mənim böyük bacım xəstə oldu.
Onun müalicəsi ilə məşğul oldum. Bunun üzərindən 1-2 ay keçməmiş bacımın qızı ağır xəstəliyə düçar oldu. Bacımın bir qızı var.
Onu demək olar ki, mən böyütmüşəm, yanımda qalıb, universiteti yanımda oxuyub, bitirib. O, bu dəqiqə xərçəng xəstəliyi ilə mübarizə aparır.
Onun belə olması mənə çox pis təsir etdi. Amma biz yenə də hər günümüzə şükür deyirik. Ruhum yorulur, amma mən güclüyəm.
Səhnəyə çıxanda, tamaşaçıların sevgisini görəndə şükür edirəm. Həyatı, yaşamağı, gözəlliyi sevirəm.
Tam oxu
Xəbəri oxu