Məleykə Əsədova İranda vəfat edən bacısı qızından danışıb ağladı

06.11.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti Məleykə Əsədova bacısı qızının vəfatından danışıb.

OLAY yazır ki, sənətçi “Qonaqcanlı”da göz yaşlarını saxlaya bilməyib. O, bacısının tək qaldığını bildirib:

“Bir bacım 1992-ci ildən Təbrizdə yaşayırdı. Bilirsiz ki, 2008-ci ildə dəm qazından boğuldular, digər qızı 13 yaşında vəfat etdi. Bu  qız komadan ayıldı. Bacımın yoldaşının ölüm ildönümü sentyabrda oldu, ötən il vəfat edib. Mina çox sağlam idi, 10 ildi ailə qurmuşdu, Tehranda yaşayırdı. Altı yaşında əkiz qızları var, bir də üç yaşında qızı var idi. Zəng etdi ki, xala gözün aydın, oğlum olacaq. Uşağın 7 ayında bildilər ki, ana bətnində  şiş var. Şişi götürdülər, bir ay sonra da uşağı. Onun üçün ən yaxşı həkimləri gətirdilər. Uşağına süd verirdi. Mən Çində olanda dedi ki, deyəsən, məndə Günayın xəstəliyindən tapılıb. Günay da o biri bacım qızıdı, 40 yaşı var. Biz ora gedə bilmədik, hər an danışırıq. Bacımın vəziyyəti yaxşı deyil. Altı yaşındakı uşaqlar elə bilirlər ki, Allahın yanına gedib. Deyirlər ki, bilsək, belə uzaq olacaq, qoymazdıq. Məni ona bənzədir uşaqları. Şəklimi görüb deyiblər ki, bəs deyirdiz, ana, Allahın yanına gedib. Bacım çox tək qalıb, üsyan edir. Deyirik, gəl. Deyir ki, gələ bilmərəm, övladlarımın məzarı burdadır. Birinci qızı dünyasını dəyişəndən sonra atasının yanında dəfn edilməyinə icazə vermədi. Dedi, məni bura basdırarsız. İkinci qız da belə… Qismət. Həyat o qədər qısadır ki, insani keyfiyyətlərlə yaşamaq lazımdır, dünyadan köçəndə də ürəkdən desinlər, “Allah rəhmət etsin”. Sadəcə çox cavan getdi. Çox gözəl idi, çox xoşbəxt idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью