Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Məleykə Əsədova qızı Gülərin təhsil almaq üçün Çinə yollanmasından və ondan uzun müddət ayrı qalmağın yaratdığı duyğulardan danışıb.
Milli.Az xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişində qızının magistratura təhsili üçün xaricə getdiyi zaman hər ikisinin kövrəldiyini bildirib. Sənətçinin sözlərinə görə, bu, onların ilk dəfə bu qədər uzun müddət ayrı qalması olub.
Əsədova qeyd edib ki, qızı universitetə qəbul olunduğu vaxt ona magistraturanı xaricdə oxuyacağına söz verib və sonradan həmin vədinə əməl edib. Bununla belə, Gülərdən ayrılmaq aktrisa üçün heç də asan olmayıb.
Xalq artisti qızının ağladığını görəndə özünün də göz yaşlarına hakim ola bilmədiyini söyləyib. Hətta ayrılığın çətinliyinə dözməyərək Gülərə təhsilini yarımçıq qoyub geri dönməyi təklif etdiyini də etiraf edib.
Lakin Gülər anasının bu təklifini qəbul etməyib və təhsilini davam etdirməkdə israrlı olduğunu bildirib. O, anasına zəif olmadığını və mütləq oxumalı olduğunu deyib.
Məleykə Əsədova övladına verdiyi sözün arxasında dayanmağın vacibliyini vurğulayaraq, uşaqlara heç vaxt yerinə yetirilməyəcək vədlər verməmək lazım olduğunu da qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)