Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Məleykə Əsədovanın ailəsində bədbəxt hadisə baş verib.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin bacısı qızı, 29 yaşlı Mina ötən gün İranda vəfat edib.
3 qız anası olan Mina yenicə oğul övladını dünyaya gətiribmiş. O xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da , 13 yaşlı bacısı vəfat edib.