Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi

01.09.2025

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlhəm Beynəlxalq Hospitalı maliyyə sanksiyası ilə üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, hospitalda həyata keçirilən operativ vergi nəzarəti üzrə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olun-olunmaması yoxlanılıb. 

Sonda tərtib edilən akta əsasən hospitala 1 128,10 manat maliyyə sanksiyası tətbiq olunub.

Məlhəm Beynəlxalaq Hospitalı vergi sitemində "Məlhəm Beynəlxalq Hospitalı” MMC kimi qeydiyyatdadır. MMC 13 aprel 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 51 484 225 manatdır. MMC-nun qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğludur. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью