Meliorasiya Xidməti bir ədədi 57 minə 14 ədəd avtomobil alır

18.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Regional Su Meliorasiya Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi açıqlanıb.

Avtosfer.az xəbər verir ki, xidməti yolsuzluq avtomobillərin satın alıması ilə bağlı keçirilən tenderin qalibi “My Auto” MMC olub. Şirkət Meliorasiya Xidmətinə 14 ədəd xidməti yolsuzluq avtomobili satır.

Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 796 min 600 manatdır. Bir ədəd avtomobilin qiyməti 56 min 900 manat təşkil edir.

(valyuta.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью