“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

14.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью