Melo Yuventus u Braziliya klubuna dəyişir

29.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Yuventus"un yarımmüdafiəçisi Artur Melo iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, onun xidmətində "Santos" maraqlıdır. Mənbə Braziliya təmsilçisinin Melonu icarəyə götürmək üçün Turin klubu ilə danışıqlara başladığını, oyunçunun özünün də bu keçidə isti yanaşdığını diqqətə çatdırıb.

Xatırladaq ki, Artur "Yuventus"a 2020-ci ildə "Barselona"dan keçib. "Qoca sinyora" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan orta xətt oyunçusu cari mövsüm 1 oyunda da meydana çıxmayıb. O, 2022/2023 "futbol ili"ndə "Liverpul"da, ötən mövsüm isə "Fiorentina"da icarədə olub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью