Melodiyanı özü təklif edib

14.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov İstanbul təmsilçisinin ev oyunlarında onun vurduğu qollardan sonra stadionda “Kalinka-Malinka” melodiyasının səsləndirilməsi ənənəsinin necə yarandığından danışıb.

Futbolpress.az xəbər verir ki, Rusiya Futbol İttifaqının (RFİ) rəsmi saytında dərc olunan məlumata görə, 21 yaşlı futbolçu bu ideyanın öz təşəbbüsü ilə baş tutduğunu bildirib:

“Adım və soyadım səsləndirilmədən, sadəcə melodiyanın qoşulmasını mən təklif etdim. Növbəti matçda qol vurdum və onu səsləndirdilər. Əlbəttə, xoşdur, amma emosiyalarımı cilovlamağa çalışıram”.

Gənc oyunçu artan populyarlığına münasibətini də açıqlayıb. O, əsas diqqətini meydandakı çıxışına yönəltdiyini vurğulayıb:

“Ümid edirəm ki, populyarlığın öhdəsindən sakit şəkildə gələrəm. Yanımda məsləhət verə biləcək yaxınlarım və dostlarım var. Özüm də əvvəlki kimi qalmağa çalışıram. Mənim üçün əsas olan futbol meydanında baş verənlərdir. Sosial şəbəkələr isə paralel şəkildə gedir”.

Xatırladaq ki, Batrakov 2026-cı ilin avqustunda Moskva “Lokomotiv”indən “Qalatasaray”a transfer olunub. Rusiyalı yarımmüdafiəçi İstanbul klubunun heyətində keçirdiyi 13 oyunda 6 qol (4-ü Çempionlar Liqasında) və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью