Meloni ABŞ yə səfərdən imtina etdi

21.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İtaliya Baş naziri Corciya Meloni Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, İtaliya nümayəndə heyətinə baş nazirin müavini və xarici işlər naziri Antonio Tacani rəhbərlik edəcək.

“Əgər planlarda son anda heç bir dəyişiklik olmasa, İtaliyanı onun yerinə xarici işlər naziri Antonio Tacani təmsil edəcək”, - İtaliya mediası bildirib.

Qeyd edilib ki, Meloninin qərarı büdcənin hazırlanması və gələn il keçiriləcək seçkilər də daxil olmaqla, daxili siyasi məsələlərlə əlaqəlidir.

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatları 22-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək və 28 sentyabrda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью