Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni Beynəlxalq Holokost Anım Günündə faşist rejiminin yəhudilərin təqibində iştirakını qara ləkə olduğunu bildirib.
"Bu, 1938-ci il irqi qanunlarının utancvericiliyi ilə qeyd olunan İtaliya tarixində qaranlıq bir səhifədir", - deyə o, açıqlamasında bildirib.
Meloni həmçinin qeyd edib ki, illər sonra antisemitizm hələ də tamamilə aradan qaldırılmayıb. "Bu, yeni və təhlükəli formalarda yayılmağa başlayan bir xəstəlikdir. Bu gün biz cəmiyyətlərimizi zəhərləyən və sosial həmrəyliyin əsasını təşkil edən azadlıq və hörmət prinsiplərini məhv etməyə çalışan bu şərin bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə İtaliyanın Baş naziri bildirib.
Onun partiyası olan İtaliya Qardaşları öz köklərini II Dünya Müharibəsindən sonra qadağan edilmiş faşizm ideologiyasının varisi və davamçısı hesab edilən İtaliya Sosial Hərəkatına bağlayır. Xüsusilə, həm partiya, həm də şəxsən Meloni, sələflərinin simvolu kimi, partiyanın simvolundakı alovu qoruduğuna görə tez-tez tənqid olunur.
Qadir, Bizimyol.info