Meloni ilə Zelenski telefonla danışdı

15.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, söhbət zamanı iki lider münaqişəyə son qoymaq, eləcə də ədalətli və davamlı sülhə nail olmaq məqsədilə baş verən son hadisələri müzakirə ediblər.

Ciorcia Meloni gələcək danışıqlar baxımından İtaliyanın Ukraynaya və xalqına dəstəyini bir daha yeniləyib.

Liderlər, həmçinin avropalı tərəfdaşlar və ABŞ ilə sıx koordinasiyanın saxlanılmasının vacibliyi barədə razılığa gəliblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью