Meloni məsxərəyə qoyuldu: “Ya bu qadın cahildir, ya da qəsdən…”

07.01.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyalı siyasi şərhçi Cüzeppe Salamone baş nazir Corcia Meloninin Rusiya və ABŞ-a münasibətdə ikili standartlar nümayiş etdirməsini sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, o, bunu özünün Telegram kanalında yazıb.
 

Salamonenin fikrincə, Meloninin məntiqi həm əsassız, həm də gülüncdür: bir tərəfdən Rusiyanı aqressiyada ittiham edir, digər tərəfdən isə ABŞ-ın Venesuelanı bombalamasını və bu ölkənin prezidentinin ələ keçirilməsini “qanuni özünümüdafiə” kimi əsaslandırır.


“Ya bu qadın cahildir, ya da qəsdən qeyri-səmimi davranır. Hər iki halda o, ölkəmizin tarixində bəlkə də heç kəsin olmadığı qədər gülünc görünür”, – deyə analitik bildirib.
Salamone Melonini, ehtimal ki, İtaliyanın ən zəif rəhbərlərindən biri adlandırıb. Onun sözlərinə görə, baş nazir ABŞ-ın Venesueladakı əməliyyatının qanuniliyinə dair heç bir sübut təqdim etməsə də, suveren dövlətə qarşı hərbi addımları açıq şəkildə dəstəkləyib.
 

Qeyd edək ki, yanvarın 4-də Corcia Meloni ABŞ-ın Venesuelaya hücumunu “təhlükəsizliyə qarşı hibrid təhdidlərə cavab olaraq müdafiə xarakterli addımlar” adlandıraraq bu hərəkətlərin qanuni olduğunu bildirib.


Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusu Venesuelaya, o cümlədən paytaxt Karakasa zərbələr endirib. ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirildiyini açıqlayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью