Meloni: “Populyarlığım barədə narahat olmağa ehtiyac yoxdur”

20.06.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın ona yönəltdiyi tənqidlərə sərt cavab verib.

Meloni Trampın onun ünvanına səsləndirdiyi fikirləri “əsassız hücumlar” adlandıraraq bildirib ki, siyasi dəstəyi xarici liderlərlə münasibətlərdən deyil, İtaliyanın maraqlarını qorumaqdan asılıdır.

Tramp daha əvvəl Meloninin ABŞ-nin İrana qarşı siyasətini tam dəstəkləməməsi səbəbindən İtaliyadakı populyarlığının azaldığını iddia etmişdi. O, Meloninin reytinqini artırmaq üçün yenidən onunla yaxınlaşmağa çalışdığını söyləmişdi.

Meloni isə bu iddiaları rədd edib:

“Mənim populyarlığımın qayğısına qalmağa ehtiyac yoxdur. Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm.”

İtaliya lideri ABŞ ilə əlaqələrin, o cümlədən İtaliya ərazisindəki ABŞ hərbi bazaları ilə bağlı razılaşmaların əvvəlki qaydalar çərçivəsində davam edəcəyini bildirib.

Tramp və Meloni arasında son gərginlik ABŞ prezidentinin Fransa sammiti zamanı Meloninin ondan birgə şəkil çəkdirməyi istədiyini və onun bunu “yazığı gəldiyi üçün” qəbul etdiyini deməsindən sonra yaranıb. Meloni bu açıqlamanı “uydurma” kimi qiymətləndirib.
Leyla
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью