Meloni Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısı vəzifəsinə namizəd təklif edəcək

17.06.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqının (Aİ) qarşıdan gələn sammitində Ukrayna münaqişəsi üzrə Aİ danışıqçısına namizəd təklif etməyi planlaşdırır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən "G7" sammitinin yekunlarına dair bəyanatında bildirib. 

Onun sözlərinə görə, "Böyük Yeddilik" ölkələri liderlərinin görüşü zamanı onlar Ukrayna məsələsi üzrə ABŞ Prezidenti Donald Trampla razılığa gəliblər.

"Düşünürəm ki, böyük Avropa ölkələrindən birindən olan bir şəxsi təklif etmək çox çətin olardı. Bu, razılaşmanın əldə olunmasını çətinləşdirəcək, buna görə də mən Avropa İttifaqının orta güclü ölkələrinə müraciət edərdim", - Meloni bildirib.

Qeyd edək ki, Aİ sammitinin 18-19 iyun tarixlərində keçirilməsi planlaşdırılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью