Meloni Zelenski ilə şam yeməyində borcunu geri istədi

12.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İtaliya Baş naziri Corciya Meloni Kiyevin Avropa İttifaqının hərbi yardımına görə borcunu xatırlatmaq üçün Prezident Volodimir Zelenskini "Ukraynanın yenidən bərpası" konfransının iştirakçıları üçün şam yeməyinə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "L'Antidiplomatico" portalı məlumat yayıb.

Portal bildirib ki, şam yeməyi formal olaraq Avropadan Ukraynaya iqtisadi dəstəyin təsdiqi olmalı idi. Amma "L'Antidiplomatico"ya görə, bu, borcun ödənilməli olduğunu və Ukraynanın onu ödəmək üçün uyğun yol tapmalı olduğunu xatırladıb.

Qeyd edək ki, sözügedən konfrans iyulun 10-11-də Romada keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью