Melonidən ABŞ a çağırış: Təcili sammit keçirək!

02.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın Baş naziri Corciya Meloni ABŞ, Avropa və müttəfiqlərini təcili zirvə toplantısı təşkil etməyə çağırıb.

Axar.az xəbər verir ki, Corciya Meloni Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü və baş verənlərdən sonra zirvə toplantısı keçirməyin vacibliyini qeyd edib.

“Qərbin hər bir parçalanması hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərin işinə yarayır. Son illərdə birlikdə müdafiə etdiyimiz Ukrayna başda olmaqla, bugünkü böyük çağırışları və gələcəkdə həll yollarını müzakirə etmək üçün ABŞ, Avropa dövlətləri və müttəfiqləri arasında təcili zirvə toplantısı təşkil etmək lazımdır”, - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью