Melonidən Paşinyana təbrik

16.06.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İtaliyanın Baş naziri Giorgia Meloni Ermənistanın Baş naziri Nikol Paşinyanı 7 iyun tarixində keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, Meloni sosial şəbəkə hesabında paylaşdığı mesajda Paşinyana uğurlar arzulayıb.

O, İtaliya ilə Ermənistan arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə səslərin 49,83 faizini toplayaraq qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью