Melonidən qeyri adi qərar

06.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Cocrsiya Meloni müasir texnologiyaların və süni intellektin yaratdığı risklərə qarşı mübarizədə presedent yaradacaq mühüm addım atıb.

“Yeni Sabah” xəbər verir ki, baş nazir səsinin süni intellekt vasitəsilə klonlaşdırılmasının, eləcə də müxtəlif saxta (deepfake) məzmunlarda icazəsiz istifadəsinin qarşısını almaq məqsədilə hüquqi müstəvidə hərəkətə keçib.

Məlumata görə, Meloni cəmi 4 saniyəlik "Mən Cocrsiya Meloniyəm" ifadəsindən ibarət səs yazısını Avropa İttifaqı ərazisində rəsmi əmtəə nişanı kimi qeydiyyata aldırmaq üçün iddia qaldırıb. Bu müraciət təsdiqlənəcəyi təqdirdə, İtaliya hökumətinin rəhbəri öz səsindən qanunsuz və ya ictimaiyyəti yanıldacaq şəkildə istifadə edən şəxslərə və platformalara qarşı daha kəsərli hüquqi sanksiyalar tətbiq etmək imkanı qazanacaq. pizza mizza

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью